Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq

Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
SOSİAL
14:20 08.02.2021
2993
Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Lakin "Report”un apardığı araşdırma nəticəsində məlum olub ki, bəzi ali məktəblərdə dərslər bərpa edilməyəcək.

Onlardan biri də Bakı Slavyan Universitetidir. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov deyib ki, universitetdə tədris bərpa olunmayacaq.

O bildirib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib: 

"İclasda məsləhətləşmələr apardıq. Qeyd olundu ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bizim universitetdə də xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Düzdür, biz qarışıq dərs cədvəli də hazırlamışdıq, amma tövsiyə olundu ki, sanitar-epidemioloji vəziyyəti gərginləşdirməmək üçün tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Əgər epidemioloji vəziyyət yaxşılaşsa, aprel-may-iyun aylarında tələbələri dəvət etmək olar”.

"4-cu kursda pedaqoji təcrübəyə getməli olan tələbələrimiz var. Məktəblərdə dərslər də başladığına görə, həmin tələbələri qarışıq şəkildə təcrübəyə göndərmək istəyirik. Bunun üçün Təhsil Nazirliyinə müraciət etmişik. Çox güman müsbət cavab veriləcək, biz də təşkil edəcəyik”, - T.Cəfərov əlavə edib.

Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli isə bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdiriləcək.

"Tələbələrimiz dərsə gəlməyəcəklər. Təhsil Nazirliyinin qərarında da var ki, praktik şəkildə dərsdə iştirak edilməsi vacib olan ixtisasların tələbələri ənənəvi tədrisə keçəcək. Amma bizdə dərslər onlayn şəkildə davam edəcək".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib ki, universitet dərsləri onlayn şəkildə davam etdirəcək.

"Məsələni Təhsil Nazirliyi ilə razılaşdırmışıq. Fevralın 15-də onlayn formada ikinci semestrə start verəcəyik. Vəziyyətdən asılı olaraq gələcəkdə ənənəvi tədrislə bağlı qərar verilə bilər”, - o vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib