Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başa çatıb

SİYASƏT
13:05 07.01.2014
1114

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü ötən il 31 dekabr tarixində sona çatıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin hesabatında bildirilir.Məlumatda qeyd edilib ki, bu iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında sədrlik edib.2012-ci il mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki-Munun iştirakı ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər:

Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilib.Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənib və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi bildirilib.Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi dövründə 28 oktyabrda “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilib.BMT TŞ tarixində ilk dəfə bu mövzu üzrə keçirilən bu iclasda BMT-nin baş katibi Ban Ki-Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu iştirak ediblər. İclasın yekun sənədində BMT və İƏT arasında əməkdaşlığın gücləndirilməsi vurğulanıb, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və TŞ-nın qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilib.Təhlükəsizlik Şurasında üzvlüyü dövründə ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistanın Azərbaycana qarşı təcavüzünün müxtəlif aspektləri qurumun müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılıb.Qeyd edilib ki, 2012-ci ilin mayında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilmiş “Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət” mövzusunda Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri böyük maraq doğurub.

Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv-dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumətlərarası təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib.Müzakirələrdə əsas natiqlər qismində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov və aparıcı beynəlxalq hüquqşünaslardan biri, Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış ediblər.Azərbaycanın Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdiyi və Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də bu qitənin problemlərinə xüsusi diqqət ayırdığı vurğulanıb. Azərbaycanın TŞ-a hər iki sədrliyi dövründə Qərbi Afrika bölgəsinə və Afrikanın Böyük Göllər regionuna səfərlər təşkil edilib.

Efiopiyaya səfər zamanı isə Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin həmsədrliyi ilə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi baş tutdu və yekunda Birgə Kommünike qəbul edilib.Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirildi, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq