Azərbaycanın bu ölkələrdəki səfirləri qadınlardır - SİYAHI

Azərbaycanın bu ölkələrdəki səfirləri qadınlardır - SİYAHI
SİYASƏT
13:35 18.10.2022
449
Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirləri arasında qadın səfirlərin sayı artıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın Ukrayna, Polşa və Fransadakı səfirləri qadın diplomatlardır.

Belə ki, Ukrayndada səfir kimi göstərən Elmira Hüsyn qızı Axundova 1953-cü il təvəllüdlüdür. 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hazırda eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Rəyasət heyətinin və Ağsaqqallar Şurasının üzvüdür.

Azərbaycanın Polşadakı səfiri isə Nərgiz Akif qızı Qurbanovadır. O, həm Azərbaycanda, həm də xaricdə təhsil alıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci ildə imzaladığı sərəncamla Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Leyla Abdullayeva Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.  Bundan öncə Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışırdı.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR