Azərbaycanın bu məktəbində şagirdlər ilanlarla oynayır - VİDEO

Azərbaycanın bu məktəbində şagirdlər ilanlarla oynayır - VİDEO
SOSİAL
13:01 08.04.2017
5756

 

Qəbələnin Mamaylı kindində məktəbə ilanlar daraşıb.

 

Müəllim heyyəti bunun uşaqlar üçün təhlükə olmasından narahatdir. Dərs vaxtı ilanlar sinifə dolur.

 

Şagirdlər ilanları tutub əllərində sallayırlar.

 

Araşdırmalar nəticəsində məlum olub ki, məktəb yaxınlığındakı 1990-cı illərdən qalmış yarımçıq tikili ilanların məskəninə çevrilib.

 

Şagirdlər bildirir ki, tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.

 

Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin ərazilər dərmanlansa da təsiri olmayıb. Hələlik ilansancma faktı qeydə alınmayıb.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: (xezerxeber)


OXŞAR XƏBƏRLƏR