Şəmkir rayonunda yeni avtovağzal kompleksinin tikintisi nəzərdə tutulur.
Bu barədə AZXEBER.COM-a Şəmkir rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata əsasən yeni avtovağzalın ümumi sahəsi 5 hektardır. Avtovağzal kompleksində ticarət mərkəzi, gözləmə zalı, uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək.
Avtovağzaldan ölkənin bütün istiqamətlərinə sərnişin daşınması həyata keçiriləcək. Avtovağzal kompleksinin 2021-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Şəmkir rayonunda heç vaxt avtovağzal olmayıb.