Tanınmış müğənni Elit star Cəmilə Bərdədə qalmaqalla üzləşib.
AZXEBER.COM-a daxil olan məlumata görə, müğənni iştirak etdiyi toydan qovulub.
Hadisə bir neçə ay öncə Bərdədə baş verib. Burada toy məclisinə dəvət edilən Cəmilə məclisdə çıxış edərək bir neçə mahnı ifa edib. Lakin müğənnini toydan qovublar və pulunu da verməyiblər. Toy iştirakçılarından birinin verdiyi məlumata görə, buna səbəb Cəmilənin toyda özünü pis aparması olub. Yerli camaat onun hərəkətlərindən qəzəblənib və toyxananı tərk etməsini istəyiblər.Qeyd edək ki, "Elit Star" Cəmiləyə Azərbaycanın Bülent Ersoyu da deyirlər.