Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində YENİ DÖVR - VİDEO

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində YENİ DÖVR - VİDEO
SOSİAL
22:59 24.09.2026
76
Filizçay polimetal yatağı üzrə ilk istehsalın başlanması nəzərdə tutulur.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu AzerGold" QSC İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən brifinqdə deyib. Sədr qeyd edib ki Filizçay layihəsinin icrası yeni ixrac imkanları açaacaq və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq.

Qeyd olunub ki, "AzerGold" Dövlət Proqramı çərçivəsində 4 strateji layihəni həyata keçirəcək. Bunlar Kəlbəcər rayonunda yerləşən Söyüdlü qızıl, Naxçıvanda yerləşən Ortakənd qızıl, Baləkəndə yerləşən Filizçay polimetal, o cümlədən Daşkəsən dəmir filizi layihələridir. Bu layihələrin ümumi investisiya həcmi təxminən 3,63 milyard manat, ümumi iqtisadi dəyəri isə 60,4 milyard manatdır.

Sədr diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir . Zakir İbrahimovun sözlərinə görə, sentyabrın 22-də keçirilən müşavirədə bu istiqamətlər üzrə Prezident İlham Əliyev tərəfindən konkret vəzifələr müəyyənləşdirildi. Xüsusilə, mövcud yataqların müasir üsullarla yenidən qiymətləndirilməsi, geoloji kəşfiyyat işlərinin genişləndirilməsi, filizdən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması və sahəyə özəl investisiyaların cəlb edilməsi əsas istiqamətlər kimi diqqətə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR