"Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür"

"Azərbaycanın daha da qüdrətlənməsi Ümummilli lider Heydər Əliyevin ideyalarınin təcəssümüdür"
SİYASƏT
17:21 12.05.2023
232
Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, bütün fəaliyyəti ilə xalqa, dövlətə bağlı olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda da coşğu ilə qeyd edilir. Azərbaycanın dahi rəhbəri harada çalışmasından asılı olmayaraq həmişə azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirmiş, doğma xalqına sədaqətlə xidmət etmişdir.

Azərbaycana rəhbərlik etdiyi dövrdə -1969-1982-ci illərdə respublikanı ən geridə qalmış yerlərdən qabaqcıl yerlərə gətirib çıxarmışdı. Həmin dövrdə Azərbaycan hərtərəfli inkişaf etməyə başlamışdı. Moskvada işlədiyi dövrdə dəfələrlə ermənilərin Qorbaçovla əlbir olaraq Dağlıq Qarabağı, Naxçıvan Muxtar Respublikasını Ermənistana birləşdirmək cəhdlərinin cəsarətlə və tarixi faktları əsas gətirərək qarşısını almışdı.

Heydər Əliyevin uzaqgörən siyasəti, təşəbbüsü və şəxsən təşkilatçılığı ilə hələ o vaxt Azərbaycanda C.Naxçıvanski adına hərbi lisey yaradıldı. Məhz bu liseyin yüzlərlə yetirmələri Qarabağın azad olunmasında misilsiz xidmət göstərdilər.

1990-cı il 20 yanvar tarixində Bakıya ordu yeridilərək qanlı faciə törədiləndən sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə getmiş, Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının başına gətirdiyi bu faciəni bütün dünyaya bəyan etmişdir. 

Heydər Əliyev Moskvadan doğma vətəninə qayıtdıqdan sonra ağır blokadada olan Naxçıvanı blokadadan və erməni işğalından qurtardı. Naxçıvanda ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Həmin vaxt iqtidarda olan səriştəsiz rəhbərlər Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaq istəyirdilər, lakin xalqın təkidi ilə böyük siyasətçi yenidən hakimiyyətə gəldi və demək olar ki, ölkədə vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Qarabağ haqqında bütün həqiqətlər dünyaya çatdırıldı. Beynəlxalq təşkilatlar işğalla bağlı qətnamə və qərarlar qəbul etdilər.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili kimi qəbul edilmiş və Azərbaycan dilinin qorunmasına dair mühüm addımlar atılmış, sərəncamlar imzalanmışdır.

Ümummilli liderimizin neft strategiyası -1994-cü ildə imzalanan "Əsrin kontraktı” və 1996-cı ildə "Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bu gün bizim Qarabağı və Zəngəzuru yenidən qurmağımıza imkan verir.
Azərbaycan demokratik ölkədir. Azərbaycanda insanlar azad yaşayır. Fikir azadlığı, mətbuat azadlığı var. Respublikamız çoxmillətli ölkədir. Azərbaycanda demək olar ki, bütün xalqların nümayəndələri dost, qardaş kimi yaşayır. Burada yaşayan hər bir millətin öz dilini, adət-ənənələrini  qoruyub saxlamaq, yaşatmaq haqqı var.

Lakin bu sözləri Ermənistan haqqında demək mümkün deyil. Onlar 1988-ci ildən etibarən azərbaycanlıları öz doğma yurd-yuvalarından qovmaqla bərabər, eyni zamanda orada yaşayan qeyri erməni millətlərin nümayəndələrini də sıxışdırıb çıxardıblar. Bu gün Ermənistanın əhalisinin demək olar ki, 100 faizini ermənilər təşkil edir.

Lakin bir vaxt Azərbaycan torpaqları olan o yerlərin əksər əhalisi azərbaycanlılar idi və xeyli sayda digər millətlərin nümayəndələri də burada azərbaycanlılarla birgə sülh, dostluq, mehribanlıq şəraitində yaşayırdılar.

Artıq iki ildən çoxdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə dünyanın ən güclü orduları sırasında olan Azərbaycanın Şanlı, Müzəffər ordusu cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib. Lakin özləri haqqında, öz orduları haqqında mif yaradan 10 mindən artıq erməni əsgəri Azərbaycanın vətənpərvər, igid övladlarının qarşısında tab gətirməyərək silahını atıb qaçmışdır. 

Bu gün erməni vandallarının taladığı, söküb-dağıtdığı Qarabağ yenidən qurulur. Yollar, tunellər çəkilir, körpülər salınır, inzibati və yaşayış binaları tikilib istifadəyə verilir.
Şuşada Prezident İlham Əliyevin xalqa müraciəti Azərbaycanın yeni müstəqillik tarixinə bir baxış, eyni zamanda görülən işlərin hesabatı kimi dəyərləndirilir. Bu müraciət fonunda bir daha bəlli oldu ki, Azərbaycan ordusu Ulu Öndər Heydər Əliyevin, eləcə də xalqımızın əsas arzusunu yerinə yetirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Şuşa şəhərində olarkən öz çıxışında qeyd etdi: "Şuşa şəhəri işğal al¬tında olduğu müddətdə Yuxarı Gövhərağa məscidi ermənilər tərəfindən dağı¬dılmışdı. Şəhər işğaldan azad edildikdən sonra məsciddə başlanılan konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun aparılıb”.

Dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi: "Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”.

Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir.

Prezident Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, lazımi maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir.

Bizim üçün sevindiricidir ki, vaxti ilə Heydər Əliyevin yaratdığı nizami ordu hazırda nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli silahlı qüvvələrindən biridir. İkinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi qələbə bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək. 

Rafəddin Nağdalıyev
50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasının sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU