Azərbaycanın əməkdar artisti ''İmza Mən''-də - FOTO

MAQAZİN
16:28 19.09.2012
2137

Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva 21 sentyabr saat 13:00-da Park Bulvarın 4-cü mərtəbəsindən yayımlanan "İmza Mən" verlişinin qonağı olacaq.

AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalist Səxavət Nurun müəllif və aparıcı olduğu verilişdə Fidan Hacıyeva ilə bağlı maraqlı faktlar üzə çıxacaq. Verilişdən sonra əməkdar artist fanatlarıyla görüşəcək, onlarla şəkil çəkdirəcək, avtoqraf verəcək.

Əgər siz də Fidan Hacıyevaya daha yaxın olmaq istəyirsizsə 21 sentyabr saat 13:00-da Park Bulvarın 4-cü mərtəbəsində olun!

Qeyd edək ki, "İmza Mən" verilişi hər həftənin cümə günləri saat 19.30-da Xəzər TV və Araz FM 103.3-də yayımlanır.

Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR