“Yerimək imkanım yoxdur, ayağa dura bilmirəm. Neçə gündür ayaqlarım tutulub”
AZXEBER.COM xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.
O bildirib ki, həkimlər ayaqlarının tutulmasını qanının aşağı düşməsi ilə bağlı olduğunu deyiblər: “Qəfil qanım aşağı düşdü. Bu səbəbdən də səhhətimdə problem yarandı”.
X. Qafarova müalicə məqsədilə ona qan köçürüldüyünü də deyib: “Əgər qanım qaydasına düşsə, bu problem aradan qalxacaq. Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm”.
Qeyd edək ki, Xanım Qafarova onkoloyi xəstəlikdən əziyyət çəkir. O, bu xəstəlikə əlaqədar Azərbaycanda 3 dəfə əməliyyat olunub və Türkiyədə vaxtaşırı müalicə kursu alır.