Xanımlar istənilən sahədə olduğu kimi, idmana da xüsusi yaraşıq verirlər. İdmanla məşğul olmaq isə onları daha da gözəl edir.
AzxeberSport xəbər verir ki, peşəkar idmanla məşğul olmaq zərif cinsin nümayəndələrinə gözəl və səliqəli bədən quruluşu verir. Xanım idmançılarımızın beynəlxalq yarışlarda təkcə uğurları ilə deyil, həm də cazibədar görkəmə malik olmaları ilə fəxr edə bilərik.
Qeyd edək ki, xanım idmançılarımız hansı yarışda iştirak etməsindən asılı olmayaraq, daima bütün iştirakçılar arasında gözəlliyi ilə seçilirlər.
AzxeberSport saytı Azərbaycanda ən cazibədar idmançılar arasından 10 xanımı müəyyənləşdirib. Siyahı ilə aşağıda tanış ola bilərsiniz.
1.Nigar Cəlilli - Azərbaycanın futbol üzrə yığmasının yarımmüdafiəçisi
2.Yelizaveta Səmədova - Azərbaycan yığmasının voleybolçusu
3.Valeriya Korotenko – ən yaxşı voleybolçulardan biri, Azərbaycan millisi və "Azerreyl" klubunun oyunçusu
4. Fəridə Abiyeva - Azərbaycanın karate üzrə milli komandasının üzvü
5.Günel Talıbova - Pauerliftinq idman növü üzrə Azərbaycan yığma komandasının üzvü
6. Mariya Stadnik - Azərbaycanın qadınlardan ibarət güləş üzrə yığmasının lideri
7.Marina Tankatskaya – Azərbaycanın həndbol yığmasının kapitan
9. İlahə Qasımova - Azərbaycanın karate üzrə qadınlardan ibarət yığma komandasının üzvü
10.Aysun Əliyeva - Azərbaycanın milli komandasının futbolçusu