AZXEBER.COM-un məlumatına görə, münsiflər Azərbaycanın ən gözəl qızı kimi 3 nömrə altında çıxış edən Natali Sokolevskayanı seçiblər.
Maraqlıdı ki, yarışmada onlarla azərbaycanlı qız iştirak etsə də, ölkəmizin ən gözəl qızı belarusiyalı seçilib.
Natali bir müddət öncə mətbuata verdiyi müsahibədə demişdi: Mən Belarusda doğulmuşam. 18 yaşıma qədər orada yaşamışam. Məktəbi bitirdikdən sonra “Vitebsk” Xalqlar dostluğu ordenli Dövlət Tibb Universitetinə qəbul olmuşam. Amma orada cəmi bir il təhsil aldım. Azərbaycanda xarici şirkətlərin birində iş təklifi aldıqdan sonra mən təhsilimi dondurdumvə bura işləməyə gəldim. Amma Azərbaycana vuruldum! Mən bu ölkəyə elə heyran oldum ki, təhsilimi ümumiyyətlə, yarımçıq qoymağı və başqa bir sahəyə keçmək qərarına gəldim. Üç il sonra müqaviləm sona çatdı, amma mən buradan getməməyi qərara aldım, çünki burada olduğum müddət ərzində Azərbaycanı sevdim və burada həyatımı qurdum. Ona görə də başqa bir iş tapdım, bu, xarici ali məktəblərə abituriyentlərin hazırlığı ilə bağlı bir fəaliyyət idi və beləliklə, mən Bakıda qaldım.
Natalinin fotolarını təqdim edirik:












