Azərbaycanın ən yaraşıqlı oğlanı ‘Relax’da görüntüləndi - FOTOLAR

Azərbaycanın ən yaraşıqlı oğlanı ‘Relax’da görüntüləndi - FOTOLAR
12:49 19.06.2012
12102

18 iyun tarixində İrəli Radio efirində yayımlanan “Relax” proqramımın bu dəfəki qonağı Best Model of Azerbaijan 2010-un qalibi, Azərbaycanın son Best Modeli və eyni zamanda həmin yarışmada beynəlxalq səviyyədə “Azərbaycanın ən yaraşıqlı oğlanı” adını qazanmış Azər Atakişiyev olub.

AZXEBER.COM-un məlumatına görə, verliş zamanı səmimiyyəti və sadəliyi ilə fərqlənən peşəkar model eyni zamanda təhsilində, karyerasında və xarakterində bir çox bilinməyən xüsusiyyətlərini ilk dəfə açıqlayaraq diqət çəkib. Tezliklə baş rol aldığı “Kabusun kölgəsində” teleserialı ilə efirdə olacağını qeyd edən model, Azərbaycan mentalitetinə sadiqliyini və xasiyyətinin çox tünd olduğunu açıqlayıb. Keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə pərəstişkarlarının qarşısına çıxan Azər Atakişiyev ilə gözlənildiyi kimi maraqlı proqram alınıb.

Qeyd edək ki, proqramın informasiya dəstəyi AZXEBER.COM portalıdır.

OXŞAR XƏBƏRLƏR