Azərbaycanın enerji resurslarının nəqli strategiyası 7 dildə
MARAQLI
00:52 20.09.2012
1389
Azərbaycanın enerji resurslarının nəqli strategiyası 7 dildə 7 dildə fəaliyyət göstərən www.azerbaijans.com virtual ensiklopediyası yenilənməkdə davam edir. Saytın mütəmadi olaraq yenilənən sahələrindən biri də “Son 10 il” bölməsidir. Azərbaycanın son illər ərzindəki uğurlarından bəhs edilən bu bölməyə 20 sentyabr “Neftçilər günü” ərəfəsində “Enerji resurslarının nəqli strategiyası” linki əlavə olunub. Linkə Azərbaycanda neft-qaz ehtiyatlarının işlənməsi, neft və qaz nəqlinin marşrutları, beynəlxalq əhəmiyyətli iqtisadi müqavilələr və onların səmərəsi haqqında məlumatlar yerləşdirilmişdir.Virtual ensiklopediyada yerləşdirilmiş enerji resurslarının nəqli ilə bağlı yazını bu link vasitəsilə oxuya bilərsiniz:https://azerbaijans.com/content_1030_az.html