“Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə 2 milyard avro ayırması barədə məlumatlar yalandır”

“Azərbaycanın “Eurovision-2012” müsabiqəsinə 2 milyard avro ayırması barədə məlumatlar yalandır”
ŞOU-BİZNES
19:39 13.12.2011
1778
“Yarışmasının yaratdığı fürsətdən ölkənin reklamı üçün lazımi səviyyədə istifadə olunmur”“Gələn ilin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” yarışması ilə Azərbaycan özünü çox yaxşı səviyyədə reklam edə bilər. Amma hazırda piar işləri zəif gedir”.APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib: “Gün gələcək, bizim itirdiyimiz bu vaxta heyfimiz gələcək. Müsabiqədən sonra reklam üçün milyardlar xərcləsək belə, istədiyimiz nəticəni ala bilmərik. İndi isə bu işi pulsuz görə bilərik. Hazırda bütün Avropa Azərbaycanla maraqlanır. Azərbaycan üçün çox yaxşı fürsət yaranıb. Amma reklamımız zəifdir”.Bakıda keçiriləcək yarışma üçün Azərbaycanın 2 milyard avro ayırması barədə yayılan məlumatlara münasibət bildirən nazir bu xəbərləri təkzib edib: “Bu, düzgün məlumat deyil. Yadınıza salım ki, Azərbaycan bu il müsabiqədə qalib gələn kimi ölkəmiz əleyhinə təbliğata başlandı, müxtəlif saytlarda Azərbaycan haqda xoşagəlməyən məlumatlar yayıldı. Bunların heç biri həqiqətə uyğun deyil, bizi sevməyənlərin əməlləridir. Çox şey deyilə bilər. Deyilənlərin hansının doğru olduğunu dəqiqləşdirmək medianın öhdəsinə düşür”.
OXŞAR XƏBƏRLƏR