Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - VİDEO

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - VİDEO
MAQAZİN
14:15 15.03.2021
5113
İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı "Mata Hari” mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

AZXEBER.COM xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il "Cleopatra” mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (2020-ci ildə "Cleopatra” mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib:
 
""Mata Hari” mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanıb. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq”.

Mahnıda ənənəvi Azərbaycan alətləri – zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi- yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - "Yalan da mən, yanan da mən, yaman da mən”.

"Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın”, - deyə Efendi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
13:54 20.10.2025
"Təyyarə texniki cəhətdən tam saz vəziyyətdə olub" - AZAL-dan açıqlama
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
13:52 20.10.2025
Acun "Survivor Həsən"in qızının bütün təhsil xərclərini qarşılayacaq
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
13:19 20.10.2025
“Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutdu - FOTOLAR
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
13:07 20.10.2025
AccessBank ideyaları biznesə çevirməyə dəstək olur: “Bizdən Biznesə” ikinci dəfə start götürür
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
13:05 20.10.2025
Mehriban Xanlarovanın qızı onunla barışmaq üçün efirə gəldi
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
13:03 20.10.2025
Banqladeşdə hava limanındakı yanğın söndürüldü - 26 saata
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
12:54 20.10.2025
Azər Maqsudov: Mərhumun ailəsi barışıq üçün məndən iki ədəd ikiotaqlı ev istəyib
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
12:45 20.10.2025
“Qarabağ”ın “Atletik”lə matçı üçün hakimlər açıqlandı
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
12:41 20.10.2025
Paytaxtda moped və skuter oğurlayan şəxslər saxlanılıblar
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
12:28 20.10.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldılar
Müəllim dərs zamanı vəfat etdi
12:21 20.10.2025
Müəllim dərs zamanı vəfat etdi
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
12:13 20.10.2025
“Onun bütün nəsli “Ramiz Mehdiyev xaindir” damğası ilə yaşayacaq” - Keçmiş nazirlə özəl müsahibə
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
12:09 20.10.2025
Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
12:07 20.10.2025
Statistika sahəsində çalışan işçilər təltif edilib - SƏRƏNCAM
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI
11:49 20.10.2025
Bu müəllimlərə maaşdan əlavə pul veriləcək - SİYAHI
Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"
11:43 20.10.2025
Kirkorov: "Allaya mənə etdiklərinə görə minnətdaram"