Azərbaycanın FIFA referiləri növbəti dəfə təyinat alıb

İDMAN
20:26 06.10.2022
246
Azərbaycanın FIFA referiləri UEFA-dan növbəti təyinat alıblar.

AZXEBER.COM xəbər verir ki, əsas hakim Rauf Cabarov və FIFA referi köməkçisi Namiq Hüseynov 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda keçiriləcək oyunlarda iş başında olacaqlar.

İsveç, Xorvatiya, Uels və Albaniya komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 20-dən 26-dək Xorvatiyada təşkil ediləcək.
OXŞAR XƏBƏRLƏR