Azərbaycanın Fransadakı səfirliyinə radikal ermənilərin hücum etməsi ilə bağlı cinayət işi başlanıldı

Azərbaycanın Fransadakı səfirliyinə radikal ermənilərin hücum etməsi ilə bağlı cinayət işi başlanıldı
SİYASƏT
12:03 19.09.2022
375
Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 18-də bir çox yerli və xarici media resurslarında Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd etmələrini əks etdirən videogörüntülər yayılmışdı.

Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədi ilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilmişdir.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
22:52 10.04.2025
İdxal olunan mal piyi partiyasında uyğunsuzluq aşkarlandı - FOTO
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
22:41 10.04.2025
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
22:32 10.04.2025
İranda bank işçisi məcburi hicab taxmayan qadına xidmət göstərməkdən imtina etdi
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
22:27 10.04.2025
Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
22:11 10.04.2025
Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
22:03 10.04.2025
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
21:57 10.04.2025
Təhsil İnstitutu olimpiada suallarında səhvlərin olması ilə bağlı iddialara aydınlıq gətirib
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
21:45 10.04.2025
Azərbaycan və Portuqaliya arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
21:35 10.04.2025
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
21:27 10.04.2025
Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim - MƏHKƏMƏ
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
21:12 10.04.2025
Qeyri-stabil hava şəraiti kənd təsərrüfatı məhsullarının QİYMƏTİNƏ TƏSİR EDƏCƏK?
KİV: Donald Tramp Türkiyəyə gedəcək
21:03 10.04.2025
KİV: Donald Tramp Türkiyəyə gedəcək
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
20:53 10.04.2025
Bakı-Quba yolunda yük maşını betona çırpılıb, radar aşıb
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
20:47 10.04.2025
Sabah Yevlaxın 21 kəndinin qaz təchizatı dayandırılacaq
Tərtər sakininin 15 min manatı oğurlanıb
20:39 10.04.2025
Tərtər sakininin 15 min manatı oğurlanıb
Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib
20:28 10.04.2025
Məktəblərə "Son zəng"ə dair təlimatın göndərilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib