Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazandı

Azərbaycanın futbol millisi İslamiadada bürünc medal qazandı
İDMAN
17:19 16.08.2022
273
23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununu keçirib.

Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq çıxış edən Azərbaycan yığması İslamiadanın bürünc medalına sahib çıxıb. Milli penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR