Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın Ermənistanla münasibətləri normallaşdırmasının şərtlərini bir daha açıqlayıb.
AZXEBER.COM haberler.com portalına istinadən xəbər verir ki, Ə.Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə apardığı müzakirələrdən sonra bu çərçivədə davam edən prosesləri dəyərləndirib. Ə.Davudoğlu növbəti dəfə prezident seçildikdən sonra Türkiyəyə rəsmi səfərə gələn Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşündə Türkiyə-Ermənistan-Azərbaycan xəttində cərəyan edən prosesləri də dəyərləndirib.Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin Türkiyə-Ermənistan əlaqələri, Ermənistan-Azərbaycan əlaqələri, diasporaları da əhatə edən Türk-erməni əlaqələrindən ibarət üç istiqamətdə tənzimləmənin birlikdə aparılması üçün səylər göstərildiyini bildirən Ə.Davudoğlu bu barədə belə deyib:“Ermənistanın bizlərə olan etimadsızlığı aşması lazımdır. Amma eyni şəkildə Azərbaycanın haqlı tələblərini, torpaqlarının 20 faizi işğal altında olan cəmiyyətin gözləntilərini nəzərə alaraq, yeni çığır açılmalıdır”.Türkiyəli nazir Ermənistan və Azərbaycandakı seçkilərdən güclənərək çıxan liderlərin mövcudluğunda Qafqazda sülhün bərqərar edilməsi üçün zəruri şərtlərin təmin olunmağa başladığını söyləyib.Bu mövzunu prezident İlham Əliyevlə müzakirə etdiklərini deyən Ə.Davudoğlu gələcək həftələrdə ABŞ və Rusiyaya edəcəyi səfərlər zamanı Qafqazda sülhün təmin olunması istiqamətində müzakirələr aparacağını bildirib.Ə.Davudoğlu ortaya çıxan çözüm iradəsinin münaqişə tərəfləri ilə dəyərləndirərək, yaranmış imkanlardan istifadə olunmasının vacibliyini önə çəkib:“Prosesin inkişaf etdiriıməsi üçün zehnimizdə müəyyən zamanlandırmalar var. Amma bu proses münaqişə tərəfləri ilə aparılan müzakirələr sayəsində irəli aparıla bilər.Türkiyə və Azərbaycanın eyni perspektivdən baxması, Ermənistanın bu perspektiv içində Qafqazda sülhün yaranacağı təqdirdə öz problemlərini həll etməsi, ABŞ, Rusiya və Fransanın həmsədr olaraq prosesə qoşulmaları çox vacibdir.Biz bu müzakirələrlə qarşımızdakı maneləri aşmağa imkan verən, daha sonrakı addımlara zəmin yaradan prosesin başlamasına çalışırıq”.Ə.Davudoğlu Türkiyə və Azərbaycanın birgə səylərinin bu şəkildə davam edəcəyi təqdirdə, perspektiv üçün ümid verən gəlişmələrin yaranacağına inandığını vurğulayıb:“20 ildir, dondurulmuş vəziyyətdə olan böhranı məlum isitmə prosesinə keçirməyimiz lazımdır.ABŞ, Rusiya və Fransadan ibarət ATƏT-in Minsk qrupu indiyə qədər münaqişəni həll edəcək vəziyyətə gəlmədi.Bizim mövcud qənaətimiz addım-addım iləriləyən prosesin məqsədə yetişməkdə daha məqbul olmasından ibarətdir”.Ə.Davudoğlu son aylarda ABŞ, Rusiya və Fransa ilə müzakirələrinin olduğunu, amma Ermənistanla hər hansı təmas qurulmadığını da qeyd edib.