Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb

Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb
İDMAN
23:17 06.05.2025
427
Azərbaycanın iki güləşçisi Türkiyənin Antalya şəhərində gənclər (U20) arasında keçirilən "Çempionlar” turnirində medal qazanıblar.

AZXEBER.COM xəbər verir ki, ilk yarış günündə təmsilçilərimizdən Turan Daşdəmirov (55 kq) gümüş, İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb.

Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.

Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilər xalça üzərinə çıxacaqlar.
OXŞAR XƏBƏRLƏR