Azərbaycanın ikinci telekommunikasiya peykinə ayrılan qrantın məbləği açıqlanıb

İQTİSADİYYAT
11:00 31.08.2013
1536

Azərbaycanın ikinci telekommunikasiya peyki “Azərspace-2”nin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) yarım milyon dollardan artıq məbləğdə qrant təqdim edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən məlumat verilib.Texniki-iqtisadi əsaslandırmanın qrant hesabına hazırlanması üçün “Azərkosmos” ASC-nin ABŞ Ticarət və İnkişaf Agentliyi ilə əlaqəli surətdə keçirəcəyi müsabiqənin nəticəsində ABŞ-da məsləhətçi şirkət müəyyən ediləcək.Sözügedən tədqiqat “Azərspace-2” telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektlərini əhatə edəcək.Müqavilədə məsləhətçi şirkət tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasının 2014-cü ilin 30 iyun tarixinədək başa çatdırılacağı göstərilib.Qeyd edək ki, qrant müqaviləsini avqustun 28-də Azərbaycan hökuməti adından rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, qarşı tərəfdən isə ABŞ Ticarət və İnkişaf Agentliyinin rəhbəri xanım Leocadia I.Zak imzalayıblar.Azərbaycan ikinci telekommunikasiya peykini 2016-cı ildə orbitə çıxarmağı planlaşdırır.

OXŞAR XƏBƏRLƏR