Azərbaycanın ilk peşəkar regional kanalı 10 yaşını qeyd edir – VİDEO

Azərbaycanın ilk peşəkar regional kanalı 10 yaşını qeyd edir – VİDEO
MEDIA
12:14 15.11.2017
1630

2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan "ARB Şimal” fəaliyyətə başladığı ilk gündən bir-birindən maraqlı layihələrlə tamaşaçıların zövqünü oxşamağa çalışıb. Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilsə də, on illik inkişaf yolunda peşəkar kadrların təcrübəsi də öz sözünü deyib. Bu illər ərzində "ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.

AZXEBER.COM xəbər verir ki, televiziyada yerli kadrların peşəkarlığının artırılması üçün daimi iş aparılır. Gənc kadrlar mütəmadi olaraq həm ölkəmizdə, həm də xaricdə təcrübə keçməklə, televiziya sahəsində tanınmış mütəxəssislərin ustad dərslərinə cəlb olunurlar. Bunun nəticəsidir ki, illər əvvəl "ARB Şimal”da ilk addımlarını atan gənclərin bir çoxu, bu gün Azərbaycan teleməkanının tanınmış simalarına çevriliblər. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.

"ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq üç ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir. "ARB Şimal” telekanalı qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə populyarlıq qazanıb.

Telekanal Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara da imza atıb. Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə "Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar "Azərbaycan ailəsi-2011”, "Azərbaycan ailəsi–2015” film festivallarında qalib gəlib. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.

"ARB Şimal” artıq üç ildir ki, 6 bölgə televiziyasının və 3 tematik kanalın bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan ARB Media Qrupda təmsil olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər