Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Minskdə saxlanıldı

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Minskdə saxlanıldı
SİYASƏT
21:02 10.11.2017
1472
Azərbaycan dövlətinin "İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.
 
AZXEBER.COM-un  Report-a istinadən məlumatına görə, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.
 
Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.
OXŞAR XƏBƏRLƏR