Azərbaycanın İraqdakı səfiri geri çağırıldı

SİYASƏT
17:27 16.12.2024
285
Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nəsir Natiq oğlu Məmmədov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın".

OXŞAR XƏBƏRLƏR