Azərbaycanın işğal altında olan ərazilərində 43 nəfər koronavirusa yoluxub

Azərbaycanın işğal altında olan ərazilərində 43 nəfər koronavirusa yoluxub
DÜNYA
16:08 01.06.2020
704
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 43 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan 26 nəfər sağalıb.

Hazırda 102 nəfər karantindədir, xəstəlikdən ölüm faktı isə qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR