Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyi araşdırıldı

Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyi araşdırıldı
İQTİSADİYYAT
21:55 17.05.2021
517
Azərbaycan hökumətinin kənd və şəhər yerləri arasındakı fərqləri azaltmaq istiqamətində apardığı siyasət kənd təsərrüfatı iqtisadiyyatını dirçəltmək, regionları inkişaf etdirmək məqsədi daşıyır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan kənd təsərrüfatı bazarı və rəqabətcilliyinə dair Dünya Bankının hazırladığı tədqiqatda bildirilir.

"Buna baxmayaraq, ərazi baxımından bərabərsizlik hələ də qalır, iqtisadi fəaliyyət əsasən Bakıda və ətrafında cəmləşir” – deyə, araşdırmada qeyd edilir.

2019-cu ildə ölkədəki işçi qüvvəsinin 36 faizinin cəmləşdiyi aqrar sektor ÜDM-nin cəmi 7 faizini istehsal edib:

"Azərbaycan meyvə-tərəvəz məhsullarının istehsalında da, emalında da güclü üstünlüklərə malik olsa da, bu sahədəki potensialını hələ tam üzə çıxarmayıb. Kənd yerlərində məşğulluq imkanlarının və davamlı işgüzar fəaliyyətin kasadlığı, habelə infrastruktur və xidmətlərin əksikliyi problemləri qalır. COVID-19 pandemiyasının səbəb olduğu son iqtisadi sarsıntılar da ölkənin az inkişaf etmiş bölgələrində əhalinin həssas qruplarının gəlirlərinə təzyiq göstərir”.

Həmçinin, bəzi yolların yararsız vəziyyətdə olduğunun qeyd edildiyi araşdırmada soyuducu qurğuların azlığına da işarə edilir.

Tədqiqat müəlliflərinə görə, Azərbaycan aqrar sektoru ifrat bölünmüş vəziyyətdədir, çox sayda kiçik fermer təsərrüfatları var. Bütövlükdə kənd təsərrüfatı istehsalçıları üç yerə ayrılır. Bunlar ailə fermaları və təsərrüfatları, aqrar müəssisələr, özəl sahibkarlardır: "Sözsüz ki, ən böyük qrup ailə fermaları və ev təsərrüfatlarıdır (özləri üçün istehsal edən). Kənd məhsullarına daxili tələbatın çoxalması gəlirlərin artması və şəhərləşmə meyllərindən irəli gəlir. Xırda istehsalla məşğul olan fermerlərin çoxunun öz ərazilərindən başqa bazara çıxmaq imkanları məhduddur. Ərzaq tədarükü zəncirləri zəif təşkil olunub, xırda təsərrüfatlarda əməliyyatlar əsasən birdəfəlikdir və baha başa gəlir”.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının daxili tədarük zəncirinin keyfiyyət, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi standartlarına uyğun gəlməsinin vacibliyi də qeyd olunur. Yerli sakinlərə məxsus kiçik istehsal müəssisələrinin istehsalat, soyuducu və s. müəssisələr yaratmaq üçün nə maliyyə vəsaiti, nə də sahibkarlıq bacarığı var. Nəticədə məhsul xarab olur, maddi ziyan dəymiş olur. İnfrastrukturun yoxluğu üzündən fermerlər öz məhsullarını mövsüm ərzində cüzi qiymətə satmaq məcburiyyətində qalırlar.

Araşdırma müəlliflərinə görə, kənd yerlərində qadın istehsalçıları dəstəkləmək hökumətin öncül hədəflərindəndir. Belə ki, işləyən qadınların 42 faizi kənd təsərrüfatının, daha çox az gəlirli sahələrin payına düşür. Beləliklə, kənd təsərrüfatı qadınların ən çox çalışdığı sektordur. BMT İnkişaf Proqramının 2020-ci ildə insan inkişafı hesabatına əsasən, Azərbaycanda qadınların ÜDM məbləğində əvvəlki dövrə nisbətən müəyyən irəliləyiş əldə olunub, buna baxmayaraq, kişilərin ÜDM məbləğindən xeyli aşağı olub. Həmçinin, Salyan və Biləsuvar rayonları ilə bağlı aparılan təhlillərə görə, ev təsərrüfatlarının tək qadınların rəhbərliyində olan 9 faizi digərlərinə nisbətən daha az gəlirlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
10:17 18.10.2025
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
10:15 18.10.2025
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb
10:13 18.10.2025
Bakıda gənc iş adamı idman zalında qəfildən ölüb