Azərbaycanın nümayəndəsi Xəzərin statusundan danışdı

SİYASƏT
14:20 05.03.2015
1649
“Konvensiya layihəsinin qəbuluna ümid edirik”.
Biz inanırıq ki, Astanada keçiriləcək sammit Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit olacaq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, tərəflər həmin sammitdə Konvensiya layihəsinin qəbuluna ümid edirlər:
“Konvensiya qəbul olunduqdan sonra daha böyük işlər başlayır. Yenidən sammitlər olacaq, amma burada iqtisadi, təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə ediləcək. Sammitin hələlik 2016-cı ildə keçirilməsi razılaşdırılıb.
Dəqiq tarix isə prezidentlərin qərarı ilə müəyyənləşəcək”.
OXŞAR XƏBƏRLƏR