Azərbaycan hazırda 40 regional olimpiya mərkəzi fəaliyyət göstərir. Tezliklə bölgələrdə Olimpiya komplekslərinin sayı 50-yə çatdırılacaq.
AZXEBER.COM portalı Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş “facebook” səhifəsində yayımlanan 2008-ci ilin 27 sentyabr tarixində istifadəyə verilmiş Qusar Olimpiya İdman Kompleksi və 2013-cü ilin 16 avqust tarixində açılışı olan Qax Olimpiya İdman Kompleksinin fəaliyyətinin 1 günü ilə bağlı fotosessiyanı təqdim edir.