Azərbaycanın Pakistanda hansı sahəyə investisiya qoymaq istədiyi məlum olub

Azərbaycanın Pakistanda hansı sahəyə investisiya qoymaq istədiyi məlum olub
İQTİSADİYYAT
15:53 25.03.2025
200
Azərbaycan Pakistana qoymaq istədiyi 2 milyard ABŞ dolları investisiya bu ölkənin yol infrastrukturunun inkişafına yönəldiləcək.

AZXEBER.COM bu barədə Pakistanın Milli Avtomobil Yolları İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitlə Pakistanın Sind əyalətinin Manqopir və Karaçi şəhərlərini birləşdirən avtomagistral tikiləcək. Həmçinin, Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində Pakistandakı Sukkur-Heydərabad avtomagistralının inşasına da investisiya qoya bilər.

Bank fevralda bölgəyə araşdırma qrupu göndərib, apreldə isə qiymətləndirmə missiyası göndərməyi planlaşdırır. Bundan sonra investisiya qoyuluşunun məbləği müəyyən ediləcək.//report
OXŞAR XƏBƏRLƏR