Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən Bəyanat

Azərbaycanın parlaq Qələbəsini rəsmiləşdirən Bəyanat
Siyasət
11:10 10.11.2022
293
2020-ci ilin ən böyük hadisəsi olan İkinci Qarabağ Müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. 28 il idi danışıqlar prosesində destruktiv mövqe tutan, işğal etdiyi torpaqları azad etmək istəməyən Ermənistan güc yolu ilə buna məcbur edildi. Tarixə Vətən Müharibəsi kimi həkk olunan bu savaş Prezident İlham Əliyevin  əməliyyatların ilk günündən diktə etdiyi şərtlərlə başa çatdı.

Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından iki il ötür. Üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsi, Ermənistanın biabırçı kapitulyasiyası idi. Ermənistanın kapitulyasiya aktına imza atması Ağdam, Kəlbəcər və Laçınının döyüşsüz qaytarılması idi. Bi isə Azərbaycanın əlavə itki vermək risklərini aradan götürürdü.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində bildirdi ki, "biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücü-müzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlana-caq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qayta¬rırıq”.

Bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımı¬zın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlandı. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan işğal etdiyi bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Qarabağa heç bir status verilmədi. Bəyanat, eyni zamanda, rəsmi İrəvanın regio¬nun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. "Böyük Ermənistan” planı fiaskoya uğradı. Otuz illik danışıqlar prosesində Ermənistan nail ol¬maq istədiklərinin heç birini əldə edə bilmədi. 

Regi¬onda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

44 günlük vətən müharibəsi başlayan andan qardaş Türkiyə Azərbaycanın yanında olmuş, mənəvi dəstək vermişdir. Bu da xalqımızı böyük qələbəyə daha da ruhlandırmışdır. Azərbaycanın möhtəşəm qələbəsiylə başa çatan Vətən Müharibəsindən sonra Qarabağın incisi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə respublikaları arasında müttəfiqlik haqqında "Şuşa Bəyannaməsi” imzalanmışdır. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəniyyət, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrdən bəhs edilirdi. Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir.

Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Zəngəzurda yenə də görünür. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 30 il ərzində mənəvi əzab içində yaşamış məcburi köçkünlərin maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün misilsiz layihələr gerçəkləşdirilir. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərini heç bir xarici maliyyə dəstəyi olmadan yenidən qurur və bərpa edir. 2021-ci ildə Füzulidə Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, qısa zaman kəsiyində Zəfər yolunun tikilməsi və hazırda işğaldan azad olunmuş ərazilərdə salınan yüksək standartlara uyğun avtomobil, dəmir yolları, yaradılan enerji infrastrukturu regionun gələcəyinin necə olacağı ilə bağlı qabaqcadan təsəvvür formalaşdırmağa imkan verir.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ölkələrimizin həmrəy olduqlarını vurğulayır. Prezident İlham Əliyev də ölkəmizin bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu bildirir. Bu sarsılmaz qardaşlığın və birliyin aydın ifadəsinin biz Praqada da əyani şahidi olduq. Hər iki qardaş ölkə liderləri bu Zirvə Toplantısında səmimi davranışları ilə dünyaya önəmli mesajlar verirdilər.

Oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bu görüş də istisna olmayıb,- Bəyanatda əksini tapan müddəalar ölkəmizin maraqlarına cavab verərək, Azərbaycanın üstünlüyü ilə başa çatıb. Belə ki, Bəyanatda Qarabağla bağlı bir kəlmə belə söz yoxdur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında razılaşdırılıb.

Azərbaycan Prezidentinin Soçi səfəri zamanı aparılan müzakirələr Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində ölkəmizin xoş məramlı mövqelərdən çıxış etdiyini bir daha təsdiq edib. 

Soçi Bəyannaməsi bir daha təsdiq etdi ki, sülh sazişi beynəlxalq hüquq və normalara sadiqlik və eyni zamanda Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin qəbul olunması şərti ilə imzalana bilər. 

Bu gün müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrik liderliyi ilə Cənubi Qafqazda sülhün, tərəqqinin lokomotivi rolunda çıxış edir. Bu düşünülmüş siyasət təkcə Azərbaycan xalqının deyil, region¬dakı bütün dövlətlərin və xalqların mənafelərinə uyğundur. Bu həqiqəti rəsmi İrəvanın dərk edərək buna uyğun hərəkət etməsi çox vacibdir. 

Səkinə Abbasova
A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et