Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə keçirilən güləş üzrə dünya çempionatında finala vəsiqə qazanan idmançılarımıza uğurlar arzulayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Güləşçilərimiz Eldəniz Əzizli və Sənan Süleymanov hazırda Qazaxıstanda keçirilən Dünya Güləş Çempionatında parlaq qələbələr qazanaraq finalda yerlərini təmin ediblər!" – paylaşımda deyilir.
Azərbaycanın Qazaxıstandakı səfirliyi hər iki idmançıya final görüşlərində uğurlar arzulayıb.
Our wrestlers Eldaniz Azizli and Sanan Suleymanov have achieved impressive victories and secured their places in the finals of the World Wrestling Championships, currently taking place in Kazakhstan! We wish both athletes the very best of luck in their final bouts and every success in bringing home gold medals for Azerbaijan! 🇦🇿🇦🇿🇦🇿 @wrestleaze
— Embassy of Azerbaijan to Kazakhstan (@AzEmbassyKz) October 24, 2026










































