Azərbaycanın qələbəsi fonunda yoxa çıxan bez parçası - Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU

SİYASƏT
13:27 22.11.2020
729
Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.
Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan "ürəklənərək” qondarma "DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

Avqust ayında çəkilmiş bu foto qeyd etdiyimiz bütün amilləri nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edir və fonda Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin bez parçası da asılıb.

Bu gün isə Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma "DQR bayrağı” asmağa cəsarət edilmir

İki foto arasındakı fərq Azərbaycanın avqust ayından bu yana istər hərbi, istərsə də siyasi müstəvidə qazandığı tarixi qələbənin real mənzərəsini açıq şəkildə ortaya qoyur.

Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”

21:47 04.12.2020

Bakı klubunun legionerində koronavirus aşkarlandı

20:48 04.12.2020

Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu

20:37 04.12.2020

Deputat: "Sosial proqramlarda şəhid ailələri və qazilərimizə üstünlük veriləcək"

20:19 04.12.2020

ABŞ-da günlük yoluxma sayında rekord

20:01 04.12.2020

Serbiya Azərbaycana olan bütün borcunu ödəyəcək - RƏSMİ

19:46 04.12.2020

TÜRKPA-nın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

19:30 04.12.2020

Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı

19:21 04.12.2020

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pislədi

19:11 04.12.2020

Azərbaycanda restoranda toy məclisi keçirən şəxslər həbs edildi

18:53 04.12.2020

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

18:39 04.12.2020

Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı