Azərbaycanın səhiyyə naziri kimdir?- Nazirliyin saytı "yoxdur" deyir... - FOTOFAKT

Azərbaycanın səhiyyə naziri kimdir?-  Nazirliyin saytı "yoxdur" deyir... - FOTOFAKT
SOSİAL
15:43 15.03.2016
4018
Bu gün Azərbaycanda demək olar ki, bütün dövlət orqanlarının rəsmi saytı mövcuddur. Bu resursların hansı məqsədlə yaradılması isə informasiya əldə etməklə bağlı qanunda öz əksini tapıb.
Qanunda göstərilir ki, saytların yaradılması və yenilənməsi əsasən də vətəndaşların sorğularına cavab verilməsi, informasiya açıqlığı məsələlərinin təmin olunması baxımından zəruridir.
Amma təəssüflər olsun ki, bir çox qurumlar internet resurslarını vaxtaşırı yeniləmirlər. Bu problem əvvəllər daha çox yerli icra hakimiyyəti orqanlarının saytlarında yaşansa da, artıq bir sıra nazirlik və komitələrin də internet resurslarında ciddi boşluqlar var.
Arqument.Az-ın apardığı araşdırmalar zamanı böyük dövlət qurumlarından olan Səhiyyə Nazirliyinin də saytında ciddi nöqsanların olduğu üzə çıxıb. Belə ki, nazirliyin rəsmi internet saytının "NAZİRLİK” bölümündə "Rəhbərlik (nazir və müavinlər) hissəsi doldurulmayıb. Yəni səhiyyə naziri və müavinlərinin kim olduğu qeyd olunmayıb. İlk baxışdan bu, sadə bir texniki səhv kimi başa düşülə bilər, amma məsələ olduqca ciddidir. Tutaq ki, xaricdə yaşayan hər hansı bir şəxs və ya ölkəyə gələn hər hansı bir əcnəbi Azərbaycanın səhiyyə nazirinin kim olduğunu öyrənmək istəyir, amma belə bir biabrçı situasiya ilə üzləşir. Yəni kimə müraciət edəcəyini bilmir. Doğrudan da, qəribədir: Nazirlik var, saytı fəaliyyət göstərir, amma nazir "yoxdur”, kim olduğu bəlli deyil...
Ortada olan reallıq isə budur: ölkəmizdə internet resursların inkişaf etməsinə və dövlət qurumlarının çoxunun internet saytlarının olmasına baxmayaraq, bir çox qurumların rəsmi saytlarının ancaq adları var.
Bu da bir çox məmurların "Açıq hökumət” təşəbbüsünün həyata keçməsinə laqeyd münasibətini bir daha ortaya qoyur.
Araşdırmalarımıza əsalanaraq, deyə bilərik ki, qonşu ölkələrdə, xüsusən də Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində əldə etmək mümkündür. Həmçinin son zamanlarda bir çox dövlət qurumları onlayn sistemiylə - dərhal sorğuları cavablandırmağa başlayıblar. Ümid edirik ki, Səhiyyə Nazirliyi və digər dövlət qurumları da bu sahədə faəliyyətlərini bir daha nəzərdən keçirəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir