Bu gün Azərbaycan Respublikasının əməkdar artisti Mehriban Xanlarovanın toyudur.
AZXEBER.COM-un aktrisaya yaxın mənbələrdən əldə etdiyi məlumata görə, tanınmış sənətçinin toyu “Kral” şadlıq sarayında keçiriləcək. Əldə etdiyimiz bir digər məlumata görə, 1967-ci il təvəllüdlü Mehriban Xanlarovanın həyat yoldaşı 1978-ci il təvəllüdlüdür. Yəni, tanınmış aktrisa nişanlısından 11 yaş böyükdür.
Toy mərasimində bir çox tanınmış şəxslərin iştirak edəcəyi istisna edilmir.
AZXEBER.COM portalı olaraq, cütlüyə ailə həyatında xoşbəxtlik arzu edirik.