Azərbaycanın tanınmış cərrahını Özbəkistanda belə qarşıladılar - VİDEO

SAĞLAMLIQ
17:42 09.12.2022
677
Azərbaycanlı cərrah Tibb Üzrə Fəlsəfə Doktoru Pərviz Aslanov Ösbəkistanın paytaxtı Daşkənd şəhərində həkimlərə kurs keçib. 

AZXEBER.COM xəbər verir ki, 3 dekabr tarixində Daşkənd şəhərində Özbəkistan Tibb Akademiyasının Otorinolarinqologiya və Stomatologiya kafedrasının və Azərbaycan Rino Baku mərkəzinin birgə təşkilatçılığı ilə "İlkin və Revizyon Rinoplastika canlı cərrahi kursu” keçirilib. 

Daşkənd Çinar Medical Centrdə baş tutan konfransda açılış edən Professor Ulukbek Xasanov, toplantının Azərbaycan və Özbəkistan arasında olan dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu bildirib. 

Daha sonra çıxış üçün söz konfransada əsas məruzəçi olan Azərbaycanlı cərrah Tibb Üzrə Fəlsəfə Doktoru Pərviz Aslanova verilib. 

Pərviz Asalanov 5 saat ərzində Rinoplastika ilə bağlı bütün təcrübələrini və rinoplastikanın fəlsəfəsini (A dan Z yə qədər) özbəkistanlı həmkarları ilə paylaşıb. 

Müzakirələrdən və fasilədən sonra doktor Pərviz Aslanov tərəfindən Revizyon Rinoplastika əməliyyatı icra olunub.

Pərviz Aslanov daha öncə digər mərkəzdə uğursuz əməliyyat keçirmiş pasiyentin qabırğasından qığırdaq götürərək buruna yenidən düzgün forma verib, nəfəsalmanı bərpa etmişdir.  4 saat davam edən əməliyyatı canlı yayın vasitəsilə toplantı salonunda 60 yaxın kurs iştirakçısı izləyib. 

Həm məruzələr həm də əməliyyat master klass iştirakçıları tərəfindən yüksək rəğbətlə qarşılanıb. 

Sonda bütün iştirakçılara sertifikat verilib. 
 

OXŞAR XƏBƏRLƏR