Azərbaycanın tanınmış müğənnisini küçədə döydülər – Qız üstündə

MAQAZİN
18:36 04.02.2013
6915

"Yeni Ulduz - 7" musiqi yarışmasının qalibi gənc müğənni Çingiz Mustafayev ötən gün gecə saatlarında döyülüb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, müğənni naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Hadisə nəticəsində Çingizin üzünə və bədəninin bir neçə yerinə zərbələr dəyib.

Müğənniyə yaxın olan mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, hadisə Çingizin maşınına minmək istədiyi zaman baş verib. Hadisəyə səbəb bir neçə şəxsin müğənninin yanında olan xanımların birinə söz atması olub.

Məsələylə bağlı Çingiz Mustafayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik.

OXŞAR XƏBƏRLƏR