Azərbaycanın təkrar mənzil bazarında bahalaşma davam edir

Azərbaycanın təkrar mənzil bazarında bahalaşma davam edir
İQTİSADİYYAT
17:50 02.08.2013
2763

Bu ilin iyun ayı ərzində Azərbaycanda daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında may ayı ilə müqayisədə 1,7% artım müşahidə edilib.

 «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi tərəfindən aparılan araşdırmalara əsasən, əqdlərin dinamikasının artması təkrar mənzil bazarında dinamikanın artımı və ipoteka kreditləşməsinin aktivləşməsi ilə bağlı olub. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub. Son 8 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı müşahidə olunub. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsiri nəticəsində yeni tikililərin reabilitasiyası və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə, tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır. 

İyun ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 3,1% azalıb, orta qiymət isə 0,9% artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb və indekslər 2008-ci ilin iyun ayında qeydə alınmış ən yüksək göstəricini ötüb. 

İyunda aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşir. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də məhz bu rayonların payına düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Lakin son 6 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir.

İyun ayında təkrar mənzil bazarında qiymət indeksi may ayı ilə müqayisədə 2,1 bənd artaraq 237,5 bəndində qərarlaşıb.

Hesabat ayında təklif 3,1% azalıb və nəticədə, bazara satış üçün təklif olunan mənzillərin sayı 5 minə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir bu 4 rayon hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayon hesabına formalaşır. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda (2,7%) qeydə alınıb.

Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

İyun ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2% təşkil edib. 

İyunda qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə olunub. Orta qiymət əvvəlki ayı 0,9% üstələyib və 1 286 dollar/kv.m təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 31,2% olub.

Bazarda mənzillərin 1 kv.metrinin orta qiymətindən (1 286 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,8, hər otağın orta satış qiyməti 49 841 dollar, mənzilin orta qiyməti isə 117 521 dollar təşkil edib.//apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb