Azərbaycanın Türkiyədəki Səfirliyi 24 saatlıq iş rejiminə keçdi

Azərbaycanın Türkiyədəki Səfirliyi 24 saatlıq iş rejiminə keçdi
SOSİAL
16:48 08.02.2023
118

"Türkiyənin zəlzələ baş verən bütün ərazilərində nümayəndələrimiz var və səfirliyimiz 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir”.

Bu fikirləri Report-un Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfirin sözlərinə görə, əməkdaşları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışır:

"Onlar müəyyənləşdirir ki, harada ehtiyac var və qrup şəklində ünvanlara göndərilir. Zəlzələ baş verən ərazilərdə qalan azərbaycanlılar təyin olunaraq sənədləşdirilərək Vətənə təxliyə olunur”.

OXŞAR XƏBƏRLƏR