Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı

Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı
SOSİAL
10:49 15.03.2020
1127
Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt" yaradılıb.

Bu barədə AZXEBER.COM-a səfirlikdən məlumat verilib.

"Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən "Qaynar xətt" yaradılıb. Qaynar xətt nömrəsi: +905372826740", - məlumatda qeyd olunub. 
OXŞAR XƏBƏRLƏR