Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşündə də məğlub olub

Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşündə də məğlub olub
İDMAN
15:45 26.03.2025
513
Minskdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi ikinci yoxlama görüşündə də məğlub olub.

AZXEBER.COM AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus 3:0 hesablı qələbə qazanmışdı.
OXŞAR XƏBƏRLƏR