Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat etdi

Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat etdi
SOSİAL
10:00 26.10.2024
299
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a onun yaxınları məlumat verib.

O, unun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.

O, "Leyli və Məcnun”da Nofəl, "Şah İsmayıl”da Aslan şah, "Aşıq Qərib”də Şahvələd, "Sevil”də Atakişi, "Arşın mal alan”da Süleyman, "Koroğlu”da Həsən xan, "Aida”da Amonasro, "Karmen”də Eskamilio, "Payatsı”da Tonio, "Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən "Qız qalası” və 2007-ci ildə lentə alınan "Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi - VİDEO
16:56 23.08.2026
İkitərəfli layihələrə həsr olunmuş videoçarx nünayiş etdirildi - VİDEO
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
16:50 23.08.2026
İranlı deputatdan BƏƏ-yə ŞOK TƏHDİD: "Bütün ərazilərini bizə verməli ola bilərlər"
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR
16:36 23.08.2026
Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi - FOTOLAR
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub - VİDEO
16:30 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub - VİDEO
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
16:28 23.08.2026
Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
16:23 23.08.2026
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video
16:19 23.08.2026
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video
İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb
16:14 23.08.2026
İranlı hakerlər Britaniyada elektrik stansiyasını sıradan çıxarıb
Özbəkistan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib - FOTOLAR
16:03 23.08.2026
Özbəkistan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib - FOTOLAR
Xəzərdə faciəvi şəkildə ölən çilingərin FOTOSU
15:59 23.08.2026
Xəzərdə faciəvi şəkildə ölən çilingərin FOTOSU
Daşkənd görüşündə Azərbaycan-Özbəkistan dostluğunu əks etdirən VİDEOÇARX
15:55 23.08.2026
Daşkənd görüşündə Azərbaycan-Özbəkistan dostluğunu əks etdirən VİDEOÇARX
Metallurgiya zavodunda partlayış oldu - 2 nəfər xəsarət aldı
15:50 23.08.2026
Metallurgiya zavodunda partlayış oldu - 2 nəfər xəsarət aldı
İranda daha bir etirazçı EDAM EDİLDİ
15:42 23.08.2026
İranda daha bir etirazçı EDAM EDİLDİ
Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər
15:39 23.08.2026
Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər
Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi
15:36 23.08.2026
Evdə köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi
İçərişəhərdə oteldə yanğın: Qonaqlar təxliyə olundu- FOTO
15:24 23.08.2026
İçərişəhərdə oteldə yanğın: Qonaqlar təxliyə olundu- FOTO