Azərbaycanın xalq artistinin 100 illiyi keçirildi

MƏDƏNİYYƏT
12:12 12.06.2013
1512

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZXEBER.COM-un məlumatına görə, bir çox ziyalıların və incəsənət xadimlərinin iştirak etdiyi gecədən əvvəl xalq artisti Rafiq Əzimov sənətkarla bağlı ürək sözlərini bölüşüb: “Eyni aktrisanın oynadığı rollar tam fərqlidir. Bu bir qadının oynadığ müxtəlif xarakterli insanların obrazıdır. Bu hər kəsə nəsib olmur. Biz balaca səhnədə böyük bir istedadı duyurduq. Ona görə xoşbəxtik ki, bu gün onun haqqıdna danışmaq bizə də qismət oldu. Hökümə xanım ölməz sənətkardır” Tədbirdə ilk olaraq Hökümə Qyrbanovaya həsr olunan video çarx tamaşaçılara təqdim edilib. Daha sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək böyük sənətkarla olan xatirələri bir film kimi xatıradığını və bundan duyduğu sevinci dilə gətirib. Teatrşünas Məryəm Əlizadə isə söz alaraq Hökümə Qurbanovanın mükəmməl aktyorluq qabiliyyəti haqqında danışıb. Onu da vurğulayaq ki, Hökümə Qurbanovanın kinoda ilk rolu dramaturq və teatr xadimi Cəfər Cabbarlının əsəri əsasında ekranlaşdırılan "Almaz" filmi olub. Elə mərasimin sonunda da sözügedən əsərdən kiçik bir səhnəcik təqdim edilib.

Çinarə

OXŞAR XƏBƏRLƏR