Azərbaycanın xalq artistinin səhhəti yaxşılaşıb - ÖZƏL

MƏDƏNİYYƏT
17:15 25.07.2013
2012

Şəfiqə Axundova palataya köçürüldü

Şərqin ilk opera yazan bəstəkar qadını, xalq artisti Şəfiqə Axundovanın səhhətində irəliləyiş var. Belə ki, uzun müddət reanimasiyada qalan xalq artisti bu günlərdə yüngül xəstələr üçün nəzərdə tutulan otağa köçürülüb. 

Reanimasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, xalq artisti hazırda özünü yaxşı hiss edir. Qeyd edək ki, Şəfiqə Axundova Bakı şəhəri 1 saylı xəstəxanada müalicəsinə davam edir.

OXŞAR XƏBƏRLƏR