Azərbaycanın xalq şairinin ayağı amputasiya edildi

SOSİAL
11:04 31.03.2016
2485

Azərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə report-a AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

R.Aslanov şairin hazırda reanimasiya şöbəsində olduğunu deyib: "Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstəxanaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat nəticəsində onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir".

Qeyd edək ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.

OXŞAR XƏBƏRLƏR