Azərbaycanın yeni hərbi prokuroru kimdir?

Azərbaycanın yeni hərbi prokuroru kimdir?
SOSİAL
17:24 13.05.2025
686
Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Hərbi xidmətini başa vurduqdan sonra 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına xidmətə qəbul edilib.

Qarabağ Hərbi Prokurorluğunda və Hərbi Prokurorluğun İstintaq İdarəsində müxtəlif vəzifələrdə xidmət etdikdən sonra 2018-ci ildə Qazax hərbi prokuroru, 2020-ci ildə isə İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həm Vətən müharibəsi, həm də digər döyüş əməliyyatlarında Hərbi Prokurorluğun fəaliyyəti istiqamətləri üzrə yaxından iştirak edib.

"Vətən uğrunda”, "Şücaətə görə”, "Hərbi xidmətdə fərqlənməyə görə”, "Qüsursuz xidmətlərə görə” medalları ilə təltif edilib.

2020-ci ilin oktyabr ayından etibarən ədliyyə polkovniki hərbi rütbəsində xidmət edir.
OXŞAR XƏBƏRLƏR