Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıb

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıb
İDMAN
01:32 09.03.2025
355

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.

AZXEBER.COM Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.

OXŞAR XƏBƏRLƏR