Azərbaycanla Avstriya Çin və Avropa arasında multimodal daşımaları təmin edəcək

Azərbaycanla Avstriya Çin və Avropa arasında multimodal daşımaları təmin edəcək
İQTİSADİYYAT
15:47 08.05.2022
378
Avstriyada işgüzar səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyətinin "Avstriya Federal Dəmir Yolları” SC-nin (ÖBB) sədri Andreas Matte ilə görüşü keçirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında dəmir yolu ilə multimodal yükdaşımaların rolunu xüsusi qeyd ediblər.

Görüşdə əsasən regionda yaranmış vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından daha səmərəli istifadə üzrə birgə səylərin artırılması, Çin-Avropa-Çin və Orta Asiya-Avropa-Orta Asiya istiqamətində multimodal dəmir yolu yükdaşımalarının həcminin artırılması məsələləri müzakirə edilib.

Qeyd olunan istiqamətlərdə birgə fəaliyyətlər və tərəfdaşlıq əlaqələrinin gücləndiriməsi "Azərbaycan Dəmir Yolları” QSC nümayəndələrinin Avropanın aparıcı yükdaşıma şirkətləri olan "Rail Cargo”, "Metrans” və "Bahnoperator” nümayəndələri ilə ayrı-ayrılıqda keçirilən ikitərəfli görüşlərdə də diqqət mərkəzində olub.

"Rail Cargo” şirkəti 18 ölkədə fəaliyyət göstərir, 12 beynəlxalq logistika mərkəzinə və 16 terminala malikdir. Şirkətin illik yükdaşıma həcmi təqribən 94 milyon ton təşkil edir. Metrans şirkəti həftədə 200 blok qatarın göndərilməsini təmin edir. İllik yükdaşıma həcmi isə 1,4 milyon TEU təşkil edir. Bahnoperator Çin-Avropa istiqamətindən həftədə 20 konteyner qatarı yola salır. Bu, kifayət qədər böyük rəqəmlərdir.

Mərkəzi və Cənubi Avropada fəaliyyət göstərən bu şirkətlərin fəaliyyəti habın Şimali Avropadan Cənubi və Mərkəzi Avropaya keçməsinə və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yüklərin həcminin saxlanılmasına xidmət edir.

Səfər çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC ilə Avstriyanın "Rail Cargo” şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tərəflər Avropadan Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən keçməklə multimodal dəmir yolu yükdaşımaları, həmçinin yüklərin Rumıniyanın Konstanta Limanından Gürcüstanın Poti limanına, daha sonra Orta Asiya və Çin istiqamətində fasiləsiz və sürətli çatdırılmasını təmin etmək üçün birgə çalışacaqlar. Bu kontekstdə ADY Konteyner şirkəti həmçinin Gürcüstanın "GR Logistics” və "KTZ Express” şirkətləri ilə birgə, ASCO-nun dəstəyi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Poti-Konstanta limanları arasında fəaliyyət göstərəcək fider gəmisi ilə konteynerlərlə yükdaşımalar həyata keçirməyə başlayır. "Şair Vaqif” gəmisi ayda 10 gün olmaqla ay ərzində üç dəfə olmaqla qeyd olunan limanlar arasında reys həyata keçirəcək. Hər reysdə gəmi vasitəsilə ilə iki blok qatar daşınacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO