Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqləndi

Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqləndi
SİYASƏT
21:22 16.03.2022
339
Azərbaycanla BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqlənib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb

Fərmanla 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilir.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərməlidir.
OXŞAR XƏBƏRLƏR