Azərbaycanla dostluq qrupunun Pakistandan olan rəhbəri erməni təxribatlarını qınadı

Azərbaycanla dostluq qrupunun Pakistandan olan rəhbəri erməni təxribatlarını qınadı
SOSİAL
15:01 24.07.2020
628
"Rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanmışdır". 

Millət vəkili Qənirə Paşayeva AZXEBER.COM-a açıqlamasında Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına məktub ünvanladıqları haqda məlumat verib. O bildirib ki, məktub Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb: "Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılmışdır. 

Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə etmiş, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınamış, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildirmişlər.  Qardaş Pakistan daima olduğu kimi bir daha Azərbaycanla birlikdə olduğunu ifadə etmişdir. Qardaş Pakistana bir daha təşəkkür edirik"!
OXŞAR XƏBƏRLƏR